MƏDƏNİYYƏTİMİZİ DÜŞÜNƏRKƏN... – Eldəniz Quliyev yazır
Hər bir xalqın, millətin, etnosun mədəniyyətinə onun mənəviyyatının tərkib hissəsi kimi baxmaq lazımdır. Qəribədir... İndiyəcən Azərbaycanın milli mədəniyyət konsepsiyası olmayıb və təəssüf ki, bu, bir həqiqətdir. Nədənsə, mədəniyyətə həmişə dar çərçivədən və yalnış baxış bucağından yanaşılıb. Bəlkə buna görədir ki, bu gün qüsurlu nəticə və mahiyyətlər labirintində ilişib qalmışıq...